Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransına papaqla qatılmasına aydınlıq gətirib.
“Ataman” ləqəbli idmançı ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş UFC-256 turnirində braziliyalı Renato Moykanoya qalib gəldikdən sonra papaq barədə fikirlərini bildirib.
Ona “başındakı geyimin bir tarixçəsi varmı?” sualı verilib. Qırğızıstan vətəndaşı olan, lakin atası azərbaycanlı olan Fiziyev suala belə cavab verib:
“Bu, papaqdır. Azərbaycana məxsus baş geyimidir. Bu, mənim adət-ənənəmi, mənim milliyyətimi, mənim və ailəmin tarixini əks etdirir”.
Rafael Fiziev(nickname is “Ataman”) is an #Azerbaijani #UFC fighter.His father is #Azerbaijani 🇦🇿and mother is Kyrgyz.🇰🇬 This video makes us feel proud 🙏❤️🇦🇿 Good Luck! @RafaelFiziev
— Sarvinaz (@rmznva99) December 15, 2020
I put full video here: https://t.co/49bOZaN0zH pic.twitter.com/D2CCr897X2
Qeyd edək ki, Rafael Fiziyev iyulda verdiyi açıqlamasında bundan sonra döyüşlərə (döyüş öncəsi və sonrası) Azərbaycan papağı ilə çıxacağını, bunu ona azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayevin verdiyini açıqlamışdı. Heç vaxt Azərbaycanda olmadığını bildirmiş Fiziyev papağın onun “Ataman” ləqəbi ilə tutuşduğunu bildirib.
Səbuhi Musayev