Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
Braziliyalı Qarışıq Döyüş Növləri (UFC) döyüşçüsü Renato Moykano fransalı Benoit Sen-Denini məğlub etdikdən sonra Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.
"Makrona lənət olsun! Bütün bu qlobalist əclaflara lənət olsun. Onlar siyasi və korrupsiya proqramını irəli sürməyə çalışırlar", - döyüşdən sonrakı müsahibə zamanı o bildirib.
Qeyd edək ki, döyüş sentyabrın 28-dən 29-na keçən gecə Parisdə "UFC Fight Night 243" turnirində baş tutub. Moykano ikinci raundda texniki nokautla qalib gəlib.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Dağıstanlı UFC döyüşçüsü: "Qızlarla görüşmək olmaz, onlarla ancaq evlənmək lazımdır"
- Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək döyüşçülərimizin siyahısı bəlli olub
- Makqreqor mərcdə yarım milyon dollar uduzub
- UFC rəhbəri Azərbaycan-Ermənistan münasibətlərinin Bakıdakı turnirə təsirindən danışıb
- Azərbaycan ilk dəfə dünyaca məşhur UFC turnirinə ev sahibliyi edəcək
Ən çox oxunanlar