UFC-nin yarımorta çəkisi hazırda elə bir mərhələyə qədəm qoyub ki, həm struktur, həm də potensial baxımından bütün divizionlar içində ən "canlı", ən təhlükəli və ən çox müzakirə olunan çəki kimi görünür.
Oxu.Az xəbər verir ki, bu sahədə indi yalnız güc deyil, həm də sistem, dəqiqlik və xarakter qalib gəlir. Əlbəttə, bütün bu xaosun mərkəzində yeni çempion - uzun illər yüngül çəkidə tarix yazmış, indi isə 77 kq-a qalxaraq diviziona yeni nəfəs gətirmiş İslam Mахаçev dayanır.

Divizionun yeni üzü
Bu çəkinin dinamizmi yalnız bir çempiondan ibarət deyil. Top-5 elə bir tərkibə sahibdir ki, hər biri çempionluq potensialı daşıyan, fərqli stil və xarakterlə döyüşən döyüşçülərdən formalaşıb:
- Cek Della Maddalena - kəskin bokslu, cəzalandırıcı presinqi və sərrastlığı ilə döyüşün ritmini istədiyi anda dəyişə bilən avstraliyalı.
- İen Gerri - texniki təmizlik, təhlükəli zəkası, məsafə idarəsi və psixoloji stabilliyi ilə yeni nəsil MMA döyüşçüsünün siması.
- Şavkat Raxmonov - sakitliklə gələn fırtına. Yüz faiz bitmə faizi ilə döyüşən, heç bir zəif nöqtəsi görünməyən universal fenomen.
- Maykl Morales - nəslinin ən parlaq istedadı. Atletikliyi, döyüş IQ-su və sakit aqressiyası ilə artıq divizionda əfsanələrin diqqətini çəkib.
- Karlos Prates - braziliyalı kikboksun yeni üzü, yaratdığı xaosun içində soyuqqanlı şəkildə nokautlar tapan kəskin finalçı.
Bu beşlik - bir çempion üçün kabus, MMA üçün isə bərəkət deməkdir.
İslam Mаxaçev - Divizionun yeni çarpaz tənliyi
İslamın bu diviziona keçidi yalnız titulların dəyişməsi deyil, həm də mövcud tarazlığın pozulmasıdır. O, karyerası boyunca bir şeyi sübut edib: sistemsiz güc yoxdur, ancaq güclü sistem var. O sistem indi 77 kq-da sınanır.
İslamın bu rəqiblərə qarşı şansı böyükdür, çünki onun döyüş ritmini heç kim sındıra bilmir. O, uzun illər çempionun təzyiqinə dözməyi, döyüşləri idarə etməyi öyrənib və parterdə demək olar ki, heç kim onunla eyni səviyyədə deyil.
Amma bu dəfə qarşısında yüngül çəkidən fərqli olaraq daha iri, daha atletik və daha geniş texniki spektrə sahib döyüşçülər dayanır. Bu da onu bu divizionun ən çətin döyüşçüsünə çevirsə də, eyni zamanda, ən çox hədəfə çevrilən ad edir.
İslam Mахaçev vs Maykl Morales: Yeni nəsil sınağı
İslam Маxaçev - bütün zamanların yüngül çəkinin ən yaxşı döyüşçüsü - artıq yarımorta çəkinin çempionudur və bu divizion heç vaxt indiki qədər güclü görünməyib. Махaçev - Morales döyüşünün müzakirə edilməsi belə inanılmazdır, amma Moralesin 15 noyabr dominant parter ustası olan rəqibi necə məhv etdiyini gördükdən sonra, artıq ilk üçlük iddiaçısı kimi onun adı tam haqlı şəkildə hallanır. Yarımorta çəki bəlkə də tarixinin ən parlaq dövrünü yaşayır. JDM, Morales, Gerri, Prates, Bredi, Bakli və yüksələn gənclərin bolluğu bu divizionu əsl "akula akvariumu"na çevirib. Onların hər biri öz başına çox inandırıcı və gələcək çempion potensialına malik adlardır.
Bu qiymətləndirmə təkcə emosional yanaşma deyil, reallığın ifadəsidir. Morales - atletika, məsafə hissi, əzilməyən təzyiq və sakitlik. Onun stili İslam üçün ən qeyri-adekvat problemlərdən birini yarada bilər: ayaqda təhlükə, müdafiədə çətin oxunan hərəkətlər və yorulmayan ritm.
Yarımorta Çəkinin Gələcəyi
Bu divizion indi tarazlıq dövründə deyil - inkişaf dövründədir.
Bura indi: ən gənc avropalı potensial çempion - Gerri, ən universal qırğız-qazax stilinin daşıyıcısı - Raxmonov, ən enerjili və texniki latın amerikan istedadı - Morales, ən partlayıcı braziliyalı - Prates, ən dəqiqliklə döyüşən avstraliyalı - Maddalena olan bir platformadır.
İslam isə bütün bu sistemin ortasında dayanaraq hər kəsə qarşı öz çempionluq arxitekturasını yenidən qurmalıdır.
Əgər bu divizion indi tarixinin ən güclü dövründədirsə - bu, həm də İslam Маxaçevin öz dövrünün nə qədər güclü olduğunu sübut etmək fürsətidir.
Bünyad Qaraxanlı