İrlandiyalı qarışıq döyüş sənəti (MMA) idmançısı Konor Makqreqorun Mutləq Döyüş Çempionatının (UFC) turnirində Maks Holloueylə görüş zamanı dizinin ön çarpaz bağını zədələdiyi ehtimal olunur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında açıqlama verib.
Makqreqor döyüşün ilk saniyələrində dizindən xəsarət alıb. İrlandiyalı idmançı ayağa qalxmağa çalışsa da, hər dəfə zərbə endirmək üçün hərəkət etdikdə yenidən yerə yıxılıb.
"Mən ilk raundda amansız bir döyüş gözləyirdim. Beşillik fasilədən sonra Konorun nəyə qadir olduğunu kimsə dəqiq deyə bilməzdi. İndi isə biz ön çarpaz bağın qopduğunu ehtimal edirik. Mən həkim deyiləm, amma hadisə baş verən an ilk ağlıma gələn bu oldu və sonradan tibbi heyət də fikrimlə razılaşdığını bildirdi", - deyə Dana Uayt vurğulayıb.
Qeyd edək ki, 37 yaşlı Konor Makqreqorun peşəkar MMA karyerasında 22 qələbəsi və 7 məğlubiyyəti var.