Kanadanın Toronto şəhərində naməlum şəxs atışma törədib. Hadisə nəticəsində iki nəfər həlak olub, daha altı nəfər isə müxtəlif dərəcəli güllə yaraları alıb.
Oxu.Az bildirir ki, bu barədə şəhər polisinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
+
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıblar, araşdırma aparılır. Məlumatda bildirilir ki, atəş açan şəxs hələ ki saxlanılmayıb.
"CP24" telekanalının yaydığı məlumata görə, insident festival ərazisində baş verib. Atışma Kanadada Latın Amerikası mədəniyyətinin əsas bayramı sayılan salsa festivalı keçirilərkən qeydə alınıb.