Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın 1/4 finalında İngiltərə yığmasına 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışlarını başa vurduqları matçdan sonra təəssüratını bölüşüb.
Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, hücumçu məğlubiyyətlə bağlı ağır hisslər keçirdiyini bildirib.
"Biz daha çoxuna layiq idik, qələbəyə çox yaxın idik. Müəyyən boşluq hissi var, amma eyni zamanda qürur da duyulur: hər halda dörddəbir finala qədər yüksəldik və İngiltərəyə qarşı həqiqi döyüş təklif etdik. Hisslər qarışıqdır", - deyə futbolçu qeyd edib.
Holandın sözlərinə görə, bəzən çempionatın taleyini ayrı-ayrı epizodlar həll edir: "Braziliya ilə oyunda matçın gedişatını öz xeyrimizə dəyişməyi bacarmışdıq və bugünkü oyundan əvvəl şanslar bərabər görünürdü. İngiltərə güclü komandadır, matç çox çətin keçdi".
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Argentina ilə qarşılaşacaq. Digər yarımfinal cütlüyündə isə İspaniya və Fransa milliləri üz-üzə gələcəklər.