Norveç millisinin hücumçusu Erlinq Holand Almaniya futbolunun əfsanəsi Gerd Müllerin rekordunu təkrarlayıb.
Oxu.Az "Dailysports"a istinadən xəbər verir ki, bu nailiyyət Norveç millisinin UEFA Millətlər Liqasının V turunda Uels yığmasına qarşı keçirdiyi görüşdə qeydə alınıb.
Norveç millisinin 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Holand komandasının üçüncü qoluna imza atıb.
Bu qol onun Norveç millisinin heyətində keçirdiyi 60 oyunda vurduğu 66-cı qol olub.
Qeyd edək ki, Holand 1974-cü ildə bu göstəriciyə nail olan Gerd Müllerdən sonra son 52 ildə eyni uğuru təkrarlayan ilk avropalı futbolçu olub.