Uimbildonun təsnifat mərhələsində yaponiyalı Miyu Kato və fransız Amandin Esse görüşməsi korta göyərçinin gəlməsi ilə dayandırılıb.
Oxu.Az xəbər verir ki, video Wimbledon YouTube kanalında yerləşdirilib.
Dayandırılan oyun quş kortdan uçduqdan sonra bərpa edilib. Göyərçini kortdan həm idmançılar, həm də bol-boylar qovmağa çalışıblar.
Kato və Esse görüşməsi 2:6, 6:3, 6:4 hesabı ilə yapon idmançısının qələbəsi ilə başa çatıb.
Uimbildon – mövsümün Böyük dəbilqənin üçüncü turniridir. 2017-ci ildə turnir iyulun 3-dən 16-na qədər keçiriləcək. Mükafat fondu 31,6 milyon funtdan ibarətdir (40,8 milyon dollar).
S.S.
www.oxu.az