Serbiyalı Novak Cokoviç Uimbldon turnirinin finalında 5 setdə isveçrəli Rocer Federara qalib gəlib.
Görüşün hesabı 6:7 (7:9), 6:4, 7:6 (7:4), 5:7, 6:4.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Cokoviç Uimbldonda 2011-ci ildə də qalib olub.
Bu, onun böyük dəbilqə seriyasından olan turnirlərdə yeddinci qələbəsidir.
Turnirdə ənənəvi olaraq çoxsaylı məşhurlar iştirak edib.