Müğənni-bəstəkar Rəhim Rəhimli yeni imicdə görüntülənib.
Oxu.Az “10lar” verilişinə istinadla xəbər verir ki, məşhur saçını keçəl qırxdırıb. O qeyd edib ki, yayın istisi və saçının tökülməsinə görə bu addımı atıb.
Rəhim Rəhimli müğənni Günay İbrahimli ilə aralarında yaşanan qalmaqaldan da danışıb:
“Verilişlərin birində məndən müğənnilərin “Top 5”-liyini söyləməyimi istədilər. Mən də sadaladım. Günay İbrahimlini soruşanda isə etiraf etdim ki, bəyənmirəm. O da həmin gün tədbirlərin birində qarşıma çıxdı. İçəri daxil olanda gördüm ki, məclisi Faiq Ağayev aparır.
Günay məndən onun haqqında niyə o cür kəskin fikir söyləməyimi soruşdu. Mən ona bildirdim ki, kimlərsə sənin mahnını sevə bilər, amma mən bəyənmirəm”.
O, Günayın “Röya deməsin ki, məndən sonra gələn gənc müğənni yoxdur. Röyadan 10 il sonra həmin zirvəyə çatacaq mən gəlmişəm” sözlərini qınadı:
“Bu, yanlış fikridir. 70 ilini səhnəyə həsr edən və yeni-yeni səhnə fəaliyyətinə başlayan müğənnin də dinləyicisi var. Dünən o idi, bu gün mənəm demək yanlışdır”.
Rəhim Faiq Ağayevlə olan münasibətindən də söz açıb:
“Səhnədə ifamı bitirib Faiqə yaxınlaşdım. Gördüm, elə sifət alıb ki... Ona söylədim ki, yazılanlara fikir verməsin. Allaha şükür, indi münasibətimiz yaxşıdır”.
Aytən Sadıqzadə
www.oxu.az