Dubay Şeyxi Əl-Maktum, dünyanın ən böyük alış-veriş mərkəzini (AVM) tikəcəklərini açıqlayıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, böyüklüyü təxminən 4,5 milyon kvadratmetr olacaq “Dünyanın alış-veriş Mərkəzi” adlı layihədə 100 otel, bir park, teatrlar, sağlamlıq mərkəzləri və 743 min kvadratmetr sahəni əhatə edəcək alış-veriş mərkəzi (ticarət mərkəzi) yer alacaq.
İllik 180 milyon turistin ziyarət etməsi gözlənilən layihənin xərci, ya da nə vaxt tamamlanacağı ilə əlaqədar məlumat verilməyib. Layihə ilə 2009-cu ildə olan borc böhranından sonra düzəlməyə başlayan Dubay iqtisadiyyatına investorların etibarını artırmaq məqsəd qoyulur.