Məlum olduğu kimi iyunun 6,7 və 8-də ölkəmizin idman həyatı üçün önəmli hadisə baş verdi. Qubada Milli Qolf Klubunda Ümummilli lider Heydər Əliyevin adını daşıyan qolf üzrə həvəskarların milli turniri keçirildi.
Turnirdə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçuların iştirak etməsi, şübhəsiz ki, turizmin inkişafında da, öz idman potensialını fəal şəkildə inkişaf etdirən ölkəmizin dövlət kimi imicinin möhkəmlənməsində də mühüm rol oynadı.
Sözsüz ki, Azərbaycan Qolf Federasiyasının Prezidenti Anar Məmmədovun göstərdiyi səyləri olmasaydı, bu nailiyyətlər həyata keçməzdi.

Cənab Məmmədov müsahibələrin birində etiraf etmişdi ki, onun üçün qolf idman deyil, həyat tərzi, elitar oyun, ənənəvi dəyərlərə üstünlük verənlərin oyunudur.
Qolf Federasiyasının prezidenti Anar Məmmədovun məqsədi peşəkar və həvəskar milli oyunçular nəslini yetişdirmək, qolfu azərbaycanlıların gündəlik həyatlarının bir hissəsinə çevirməkdir.
Yetərincə qısa zaman ərzində Qubada ilk Milli Qolf Klubu yaradıldı, Bakıda gənclərin təlim keçdiyi, məktəblərdə müxtəlif tədbirlər aparan Qolf Akademiyası təsis edildi.

2013-cü ilin sentyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Qubada yerləşən Milli Qolf Klubunun rəsmi açılışı oldu.
Milli Qolf Klubunun ümumi ərazisi 92 hektardır. O, dünya standartlarına cavab verir və Cənubi Qafqazda analoqu yoxdur. Klubun əməkdaşları yerli sakinlərdir, bu isə əlavə iş yerlərinin açılması deməkdir. Bu, Azərbaycanı regionun vacib turistik-idman mərkəzinə çevirəcək birinci 18 dəlikli qolf-klubdur.
Beləliklə də Anar Məmmədovun səyləri ilə xarici auditoriyanın diqqəti Azərbaycana yönəldi, bu isə Azərbaycanı qısa müddət ərzində turistlər üçün cəzbedici bir ölkəyə çevirəcək.

2012-ci ildən qolf Olimpiya Oyunları siyahısına daxil edilib. Anar Məmmədovun başçılıq etdiyi Qolf Federasiyasının əsas vəzifəsi Rio-de-Janeyroda 2016-cı ildə ölkəmizi Yay Olimpiya Oyunlarında layiqincə təmsil edəcək gənclərdən ibarət milli yığmasını və Qolf üzrə Olimpiya yığmasını yaratmaq və hazırlamaqdır.
Anar Məmmədovun səyləri nəticəsində Azərbaycanda dünyada mötəbər tədbir statusuna malik olan, “Challenge Tour” kimi beynəlxalq turnirin keçirilməsinə dair razılıq əldə edilib. Turnirlərdə qələbə çalan və ən yüksək pilləyə qalxan 15 oyunçu növbəti “European tour” mərhələsində oynamaq hüququ alır. Azərbaycan üçün bu qəbildən olan oyunların keçirildiyi ölkələrdən olmaq böyük nailiyyətdir, bu isə Qolf Federasiyasının mövcud olduğu iki il müddətində heç də pis nəticələr əldə etmədiyinə sübutdur.
Bu ilin fevralında “European tour” rəhbəri Nik Tarratt Azərbaycanda olub. O, Qolf Akademiyasına və Milli Qolf Kluba səfərindən razı qalıb.

Eləcə də Bakıya İtaliya Qolf Klubunun vitse-prezidenti, “Della Montekia” qolf-klubun sahibi Paolo Kasati səfər edib. Cənab Kasati də ölkəmizdə qolfun inkişaf templərini yüksək qiymətləndirib.
Görüşlərin nəticəsi isə iyul ayının 30-dan avqust ayının 3-nə qədər Qubada yerləşən və dünya standartlarına cavab verən Milli Qolf Klubda “Challenge Tour”un keçirilməsinə dair razılıq oldu. Turnirdə müxtəlif ölkələrdən 72 qolfçu iştirak edəcək.
Anar Məmmədovun Azərbaycanın tamhüquqlu qolf-icması ölkəsi kimi tanınması sahəsində apardığı uğurlu işin nəticəsində “Worldwide Golf” kimi aparıcı dünya nəşrinin iyun nömrəsində Azərbaycan Milli Qolf Klubu haqqında məqalə dərc edilmişdi.

Məqalədə Qubada yerləşən qolf-klub ətraflı şəkildə təsvir edilib, xüsusilə onun Azərbaycanın dilbər guşələrindən birində yerləşməsi və klubun dünya standartlarına tam müvafiqliyinin olması vurğulanıb.
Anar Məmmədov eləcə də “Garant Holding”in idarə heyətinin sədri və Azərbaycan-Amerika Alyansının prezidentidir. Bu il o, Azərbaycan mədəniyyətinin tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda lobbiçilik üzrə göstərdiyi uğurlu fəaliyyətə görə beynəlxalq “İlin altun adamı” mükafatına layiq görülüb.