Ukraynanın prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında gümüş medal qazanan Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibovu təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, Ukrayna prezidenti təbrik mesajında qeyd edib:
“Ukrayna millisinin aktivində daha bir medal. Yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında uğurlu çıxış edərək 67 kq çəki dərəcəsində gümüş medal qazandı. Səmimi təbriklər!”
View this post on InstagramQeyd edək ki, o bu gün finalda İran güləşçisi Məhəmməd Rza Gərayiyə 1:9 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 22 yaşlı Pərviz Nəsibovun Olimpiadada ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu, yüksək göstəricidir.
Səbuhi Musayev
"İran" teqi üzrə xəbərlər
Digər xəbərlər