Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynalı triatlonçu Azərbaycan millisindəki çıxışını başa vurub
Üç Olimpiya Oyununda iştirak edən ukraynalı triatlonçu Rostislav Pevtsov Azərbaycan bayrağı altında çıxışına yekun vurub.
Oxu.Az xəbər verir ki, Pevtsov sosial şəbəkə hesabında bildirib ki, bundan sonra yarışlara doğma ölkəsinin adından qatılacaq.
"Azərbaycanda 10 il keçirdim və deyəsən, vətənə qayıtmağın vaxtı çatıb. Gözəl illər idi. İdmanda çox şeylər qazanmışam və bütün əsas nailiyyətlərimə Azərbaycan bayrağı altında imza atmışam. Hiss edirəm ki, doğma ölkəm, Ukrayna üçün əhəmiyyətli bir şeyə nail olmaq üçün hələ də gücüm var", - deyə R.Pevtsov bildirib.
Qeyd edək ki, Rostislav bu illər ərzində üç olimpiadada iştirak etməklə yanaşı, həm də Bakıda keçirilən Avropa Oyunlarında bürünc medal qazanıb, Avropa çempionatının mükafatçısı və Dünya kubokunun qalibi olub, eyni zamanda, Avropanın ən yaxşı triatlonçusu seçilib.
Rəylər