Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukraynanın kişi güləşçiləri Avropa çempionatında yarışmaq qərarı verdilər: Heyətdə iki azərbaycanlı da var
Ukraynanın yunan-Roma güləşi üzrə millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında iştirak edəcək.
Oxu.Az-ın xəbərinə görə, Ukrayna Yunan-Roma Güləşi Federasiyası iştirak barədə müstəqil qərar verib.
Baxmayaraq ki, Ukrayna Güləş Assosiasiyasının prezidenti Yuri Kopıtko daha öncə açıqlama yayaraq kişi güləşçilərin yarışmayacağını, onların bu çətin vaxtda ölkələrinin azadlığını qorumasının lazım olduğunu vurğulamışdı. O, yalnız Avropa çempionatınadək Budapeştdə hazırlıq keçən qadın güləşi millisinin (tam heyət – 10 idmançı) mübarizə aparacağını bildirmişdi. Nəticədə Ukraynanın sərbəst güləş millisi mötəbər yarışdan kənar qalmışdı.
Lakin Ukrayna Yunan-Roma Güləşi Federasiyası şəxsi təşəbbüs göstərərək bu yarışda iştirak etmək qərarı verib. Federasiya bunu çətin vaxtlarda Ukraynanın şərəfini idman arenasında təmsil etməyin vacibliyi ilə əlaqələndirib.
Beləliklə, Ukraynanın yunan-Roma güləş millisi 10 idmançı ilə təmsil olunacaq. Heyətdə iki Azərbaycan əsilli güləşçi də var. Bunlardan biri müharibə vaxtı humanitar yardımların paylanmasında fəal iştirak edən, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibovdur. O bu dəfə 67 kq-da yox, 72 kq-da çıxış edəcək. Həmçinin gənc Yasəf Zeynalov 77 kq-da qüvvəsini sınayacaq.
Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Jan Belenyuk isə siyasi məqamlara görə heyətdə yer almayıb.
View this post on InstagramQeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşçiləri 31 mart – 1 aprel tarixlərində mübarizə aparacaqlar. Bu yarışda Azərbaycan da tam heyətlə – 10 idmançı ilə təmsil olunacaq.
Səbuhi Musa
"Macarıstan" teqi üzrə xəbərlər
- Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
- Siyarto: "Ukraynanın dron hücumu Macarıstanın suverenliyinə hücumdur"
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Siyarto: "Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi"
Ən çox oxunanlarDigər xəbərlər