Rusiyanın "Dinamo" (Moskva) klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiya U-21 millisinin heyətində fərqlənib.
Oxu.Az xəbər verir ki, həmyerlimiz "Manas Kuboku"nda Bəhreynin 23 yaşadək futbol komandasına qarşı oyunun 90+9 və 90+11-ci dəqiqələrində qol vuraraq komandasına 2:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, bu, Ü.Babayevin Rusiya U-21 millisində ikinci oyunudur.

Xatırladaq ki, 21 yaşlı sol cinah yarımmüdafiəçisi müqavilə ilə "Dinamo" (Moskva) klubuna məxsusdur. "Ximki" futbol klubunun akademiyasının yetirməsi olan Babayev sonradan "Dinamo"nun futbol akademiyasına keçib.
O, Moskva klubundan savayı "Krılya Sovetov"da da icarə əsasında çıxış edib.
Babayev, həmçinin, Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.