Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Monteneqro və Sloveniyaya qalib gəlib
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.
Oxu.Az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Monteneqro üzərində qələbə qazanıb 3-1.
Hesabat turunda Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1.
Günay Məmmədzadə və Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətlənib.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun görüşlərini keçirəcək.
Oxu.Az xəbər verir ki, kişilərdən ibarət yığma Monteneqro ilə qarşılaşacaq.
Qadınlardan ibarət milli isə Sloveniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.
"Ümumdünya Şahmat Olimpiadası" teqi üzrə xəbərlər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya seçmələri ilə qarşılaşacaq
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gəliblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər
Rəylər