Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səbaildə tikinti şirkəti 250-ə yaxın sakinin suyunu kəsib - Aidiyyəti qurumdan AÇIQLAMA
Səbail rayonu ərazisində yaşayan təxminən 250-ə yaxın sakinə su verilmir.
Xəzərxəbər.az-ın məlumatına görə, söhbət Səbail rayonu Əhəd Yaqubov 52c ünvanından gedir. Sözügedən problem binaları tikən "Ulubəy" MTK-dan qaynaqlanır.
Səbəb isə sakinlərdən bəzilərinin komendant pulunu ödəməməsidir.
Məsələ ilə bağlı sözügedən MTK ilə əlaqə yaratmaq mümkün olmayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda yaşanan problem həmin binanın sakinləri ilə MTK arasında baş verib:
"Sakinlər kommunal ödənişləri vaxtında ödəməklərinə, gecikdirdiklərinə görə MTK rəhbərliyi nasosxananın fəaliyyətini dayandırıb. Məsələnin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə heç bir əlaqəsi yoxdur".
Hüquqşünaslar isə bildiriblər ki, heç bir halda MTK sakinlərin suyunu kəsə bilməz:
"Bu məsələ aidiyyəti qurum tərəfindən həll edilməli və binanın idarəsi sakinlərin özlərinə verilməlidir".
Daha ətraflı süjetdə:
Rəylər