Ümid edirik ki, erməni idmançılarının qarşıdan gələn “Bakı 2015” Avropa Oyunlarında iştirakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün inam və etibar yaratmağa kömək edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.