Üzgüçülük üzrə Azərbaycan milli komandasına Macarıstandan baş məsləhətçi mütəxəssis cəlb olunacaq.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, onun gəlişi aprel ayına təsadüf edəcək.
Qeyd edək ki, mütəxəssisin Macarıstandan gəlişini ötən ay jurnalistlərə açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev deyib.
Xatırladaq ki, əvvəl milli komandada bu vəzifəni ukraynalı Sergey Bondar icra edib. Lakin ötən ilin sentyabrında uğursuz nəticələrə görə onunla yollar ayrılıb.
Səbuhi Musa