Oktyabrın 11-də Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “V1 Challenge Azerbaijan” yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, yarışda 12 ölkəni təmsil edən 14 peşəkar pilot çıxış edib.
“V1 Challenge Azerbaijan” yarışında hər kəsin marağına səbəb olan moto və avto-şou nümayiş etdirilib, peşəkar sürücülər müxtəlif təhlükəli hərəkətlər ediblər.
Gecənin aparıcısı tanınmış şoumen Murad Dadaşov olub.
Yarışın təqdimat şousuna “Voca People” qrupunun konsert proqramı ilə çıxışı özünəməxsus rəng və əyləncə qatıb.