Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev “V1 Challenge Bulgaria 2015” çempionatının sentyabrın 20-də Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş 4-cü mərhələsinin qalibi olub.
Azərbaycan Avtomobil Federasiyasından Oxu.Az-a verilən məlumata görə, bu, G.Abdullayevin çempionatda ikinci qələbəsidir.
Belə ki, avqustun 30-da Vinisa kvartalındakı “Varna” kartinqdə keçirilmiş 3-cü mərhələnin də qalibi Azərbaycan təmsilçisi olmuşdu.
Gülhüseyn Abdullayev çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyilə iştirak edir. Yarışın 4-cü mərhələsində 8 pilot mübarizə aparıb. İkinci və üçüncü yerləri bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov tutublar.

E.Ə.
www.oxu.az