Beyaz TV-də Tahir Sarıkayanın təqdim etdiyi “Uyan Türkiyem” proqramına qonaq olan Adnan Oktarın “kediciklər”i canlı yayımda PKK haqqında şok iddialar irəli sürüblər.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, “kediciklər” verilişdə “PKK bizi təhdid etdi. PKK bu qədər qorxulacaq bir təşkilat deyil, əslində qorxaqdır. Sadəcə onların təbliğat kampaniyası güclüdür”,- deyə açıqlama veriblər.
Didem Ürer isə bunları söyləyib:
“PKK-nın sonu gəlib. Ölkəmizin cənubunda İŞİD var. İŞİD Türkiyə üçün birinci dərəcəli təhlükə deyil. PKK-nın kökünü təmizləyəcək”.