Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Aleksis Tsiprası təbrik edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:
“Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”