2015-ci ilin avqust ayında azərbaycanlılar Türkiyədə 54 mənzil alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitədən bildirilib ki, ümumilikdə yanvar-avqust ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 512 ədəd mənzil alıb.
Qeyd edək ki, 2015-ci il iyul ayında Azərbaycan vətəndaşları Türkiyədən 68 ədəd mənzil almışdı.
Onu da əlavə edək ki, qonşu ölkənin mənzil bazarına avqustda daha çox İraq, Səudiyyə Ərəbistan və Küveyt vətəndaşları maraq göstərib.
Belə ki, İraq vətəndaşları bu ölkədən 401, Səudiyyə Ərəbistan vətəndaşları 271, Küveyt vətəndaşları isə 226 mənzil alıb.
Ümumilikdə, avqustda əcnəbilər Türkiyədən 2 058 mənzil alışını həyata keçirib.
Ülviyyə R. Əli
www.oxu.az