Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vahid Ələkbərovun oğlu "Spartak"ın Direktorlar Şurasını tərk edəcək
Rusiyanın "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərov "Spartak" futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RBK Sport" iki mənbəyə istinadla xəbər verib.
Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.
Qeyd edək ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib.
Neft şirkəti klubun sahibi və baş sponsorudur.
Y.Ələkbərov 2021-ci ildə klubun Direktorlar Şurasına daxil olub. Onun klubdakı fəaliyyəti haqqında açıq mənbələrdə az məlumat var. ABŞ Maliyyə Nazirliyinin məlumatında o, "WellTech" neft xidməti şirkətinin (o da sanksiyalara məruz qalıb) qurucusu və sahibi kimi göstərilib.
Y.Ələkbərov 10-dan çox şirkətin həmsahibidir və 2021-ci ildə "Lukoil"un səhmlərinin 0.2%-nə malik olub.
"Vahid Ələkbərov" teqi üzrə xəbərlər
- ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
- Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov sərvətini artırdı
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
- Vahid Ələkbərov ən varlı rusiyalıların siyahısında birincidir
Rəylər