“Valensiya” klubunun baş məşqçisi Harri Nevili istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib.
“Mançester Yunayted” klubunun sabiq kapitanı “Valensiya”ya ötən ilin dekabrından rəhbərlik edirdi. Bundan əvvəl, o yerli telekanallarının birində ekspert kimi çalışırdı.
İstefaya klubun cari mövsümdə uğursuz çıxışı səbəb olub. “Valensiya” artıq Çempionlar Liqası, Avropa Liqası və İspaniya Kubokundan kənarda qalıb.
İspaniya çempionatında isə klub 14-cü yerdə qərarlaşıb.