Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Valentin Demyanenko: Yarışlara tam hazır idim
“Təəssüratlarım böyükdür. Yarış gərgin keçdi, bütün rəqiblər çox güclü idi. Belə alındı ki, ikinci yeri qazandım”.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Oxu.Az-a verdiyi məlumata görə, bunu “Rio-2016”-da gümüş medal qazanmış kanoeçimiz Valentin Demyanenko deyib.
İdmançımız qızıl medal qazanmaq niyyətində olduğunu bildirib:
“Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirdim. Yarışlara tam hazır idim”.
V.Demyanenko gümüş medalı əla nəticə hesab etmir:
“Gümüş medal mənim üçün əla nəticə deyil. Həyatımın çox hissəsini bu idmanla məşğul olmuşam. Hesab edirəm ki, daha çox çalışmalı, səylərimizi daha da artırmalıyıq”.
Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunlarının 13-cü günündə kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb. Təmsilçimiz finiş xəttinə 39,49 saniyəyə ikinci çataraq gümüş medal qazanıb.
E.Ə.
www.oxu.az
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyanın keçmiş prezidentinə qarşı cinayət işi açılacaq
- Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
- Braziliyada nadir maşınlar tapıldı
- Elçin Əmirbəyov Braziliyanın yüksəkvəzifəli şəxsləri ilə görüşüb
- Əsrin paradoksu: İqlim dəyişikliyi ilə mübarizə sammiti üçün Amazon meşələri qırılır