AT&T Amerika operatorunun salonlarında marketinq şirkətlərinə dair 9 və 23 sentyabr tarixlərinin qeyd edildiyi cədvəl internet şəbəkədə yayılıb.
Oxu.Az xəbər verir ki, 9to5mac portal bunu “birinci dalğa” ölkələri ərazisində “iPhone 7”-nin ilkin sifarişlərinə və satışına start verilməsi ilə əlaqələndirir.
İcmalçılar ehtimal edirlər ki, ABŞ və bir sıra ölkənin sakinləri üçün ilkin satışlar sentyabrın 9-da başlayacaq. Mağazaların piştaxtalarına “iPhone 7” sentyabrın 23-də çıxacaq.
“Birinci dalğa”ya bir qayda olaraq Kanada, Böyük Britaniya, Fransa, Avstraliya və s. aiddir.
Daha öncə “Bloomberg” öz mənbələrinə istinadən “Apple”in yeni smartfonu artıq 2016-cı ilin sentyabrın 7-də təqdim edə biləcəyi barədə məlumat yaymışdı. Amma agentlikdə “iPhone 7”-nin satışa sentyabrın 16-da çıxarılacağını bildiriblər.