Niderlandlı keçmiş futbolçu Robin van Persi məşqçiliyə başlamasında qızının məsləhətinin əsas rol oynadığını açıqlayıb.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, van Persi 2019-cu ildə futbolçu karyerasını dayandırıb və məşqçiliyə başlayıb.
Ötənlərin ulduz oyunçusu hazırda Niderlandın iddialı klublarından olan "Feyenoord"u çalışdırır.
Niderlandlı mütəxəssis qızı ilə qısa mübahisəsindən sonra məşqçiliyə başlamağa qərar verdiyini söyləyib: "Qızımla mübahisədən sonra nə istədiyimi anladım. O, mənə futbol məktəbinə qayıtmağı və məşqçiliyə başlamağı təklif etdi".
Qeyd edək ki, van Persinin çalışdırdığı "Feyenoord" klubu Niderland çempionatında 11 turdan sonra 30 xalla "PSV Eyndhoven"lə birgə turnir cədvəlinin şərikli lideridir.