İranın paytaxtı Tehranın sakinlərinin əsas içməli su mənbəyi ölkədəki tarixi quraqlıq səbəbindən iki həftə ərzində tükənmək təhlükəsi ilə üzləşib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Tehranı içməli su ilə təmin edən beş bənddən biri olan Əmir Kəbir bəndi cəmi 14 milyon kubmetr su var, bu da onun tutumunun 8%-ni təşkil edir.
Oktyabrın əvvəlindən bu yana İranın 19 əyalətində bir damcı belə yağış qeydə alınmayıb. Bu vəziyyət ölkə üzrə uzunmüddətli orta yağıntı göstəricilərində 75% azalma deməkdir.
Qeyd olunur ki, son üç ildə oktyabr və noyabr ayları demək olar ki, yay mövsümünə çevrilib və bu dövrdə ölkə üzrə yağıntı miqdarı kəskin azalıb.
Energetika Nazirliyinin daha əvvəl təqdim etdiyi hesabatda Tehran, Mərkəzi, Kirmanşah, Xuzistan, Fars, Keiman, Xorasan-e Rəzəvi, İsfahan, Sistan və Bəlucistan, Kürdüstan, Həmədan, Çaharmahal və Bəxtiyari, Lorestan, İlam, Kuhgiluyə və Boyer-Əhməd, Buşəhr, Zəncan, Yəzd, Hörmüzqan, Qum və Cənubi Xorasan əyalətlərində cari ilinin əvvəlindən bəri yağıntıların uzunmüddətli orta göstəricilərlə müqayisədə 100% azaldığı, yəni heç yağış yağmadığı bildirilib.