“Qəbələ” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə tanınmış futbolçu Vaqif Cavadovu qatıb.
Oxu.Az xəbər verir ki, Cavadov “Qəbələ”də icarə əsasında oynayacaq. “Xəzər Lənkəran”ın hücumçusu ilə 4 aylıq müqavilə imzalanıb.
26 yaşlı futbolçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində, Hollandiya “Tvente”sində, Nijni-Novqorod “Volqa”sında,Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və “Boluspor”“İnter”, “Qarabağ” və “Bakı”klublarında oynayıb.
F.H.
www.oxu.az