"Azərbaycan Kubokunun final matçı maraqlı olacaq".
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun final oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis mayın son günü "Qarabağ"a qarşı keçirəcəkləri final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Bizi gərgin qarşılaşma gözləyir".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Anar Həsənov