"Şamaxı" futbol klubunun İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov I Liqa təmsilçisi "Mingəçevir" klubuna baş məşqçi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildən klubda İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023-24-cü illər futbol mövsümündə əsas komandanın baş məşqçisi işləyib.
Həmçinin, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun "Şamaxı" FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.