"Qalatasaray"ın müdafiəçisi Viktor Nelssonla İtaliya klubu "Verona" maraqlanır.
Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, A Seriyası klubu danimarkalı futbolçu üçün "sarı-qırmızılar"la danışıqlara başlayıb.
Nelsson 2021-ci ildən "Qalatasaray"da çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Roma"da keçirib.
Onun İstanbul klubu ilə iki mövsümlük sözləşməsi qalıb.