Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.
Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.
Bu gün həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 1/8 finalda əfqanıstanlı rəqibi Məhəmməd Zadanı 9:0 hesabı ilə məğlub edən idmançımız 1/4 finalda qırğızıstanlı Razzak Beişekeyevi 5:3 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gələn Həsrət Cəfərov finala vəsiqə qazanıb.
Digər güləşçimiz Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 0:3 hesabı ilə uduzub. Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə 0:9 hesabı ilə yenilib. Rəqibi finala vəsiqə qazandığı üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.
İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.