İsveçli futbolçu Viktor Lindelof səkkiz il şərəfini qoruduğu "Mançester Yunayted"dən ayrılmaq qərarına gəlib.
Oxu.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, buna səbəb klubun futbolçuya hələ də yeni müqavilə təklif etməməsidir.
Qeyd edək ki, "Benfika" klubu isveçli futbolçunun keçidi üçün "Mançester Yunayted"ə 25 milyon avro təklif edib.