Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Viktor Osimhen transfer təklifi göndərən klublara şərtlərini bildirib
İtaliyanın "Napoli" klubuna məxsus olan və hazırda "Qalatasaray"da icarə əsasında çıxış etmək istəyən Viktor Osimhen ona təklif göndərən klublara şərtlərini açıqlayıb.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçunun əsas hədəfi UEFA Çempionlar Liqasında çıxış etmək olduğundan, bu turnirə vəsiqə qazanmayan klubların təkliflərini qəbul etməyəcəyini bildirib.
Viktor Osimhenin keçidi üçün danışıqları davam etdirən "Mançester Yunayted" klubunun ulduz futbolçunu transfer etməsi üçün yeganə çıxış yolu isə, UEFA Avropa Liqasının qalibi olmaqdır.
Əks təqdirdə tərəflər arasında danışıqlar başa çatacaq.
"Qalatasaray" klubu bu mövsüm çempionluğunu əldə edəcəyi təqdirdə UEFA Çempionlar Liqasında çıxış etmə haqqını qazanacağı üçün Viktor Osimhenin keçidini tamamlamağa çalışacaq.
Qeyd edək ki, Türkiyə nəhəngi Viktor Osimheni transfer edəcək məbləği toplayıb.
"Viktor Osimhen" teqi üzrə xəbərlər
- "Qalatasaray" Viktor Osimhenə illik 20 milyon avro təklif etdi
- "Fənərbağça" əzəli rəqibinin ulduzu üçün 75 milyon avro təklif edib
- Viktor Osimhenin transferi ilə adı hallanan İtaliya klubu xəbəri təkzib etdi
- "Qalatasaray" azarkeşlərinə ŞAD XƏBƏR: Viktor Osimhen Türkiyə nəhəngində qalacaq
- Barış Alper Yılmazı transfer etmək istəyən İtaliya klubu "Qalatasaray"la danışıqlara başlayıb