"Real Madrid"in hücumçusu Vinisius sosial şəbəkələrdəki bütün paylaşımlarını, o cümlədən Madrid klubu ilə bağlı qeydlərini silib.
Oxu.Az "Sportbox"a istinadən xəbər verir ki, braziliyalı hücumçu bütün foto və paylaşımlarını silib, həmçinin profilinin təsvir hissəsindən "Real Madrid"lə bağlı qeydi çıxarıb.
Braziliya millisinin futbolçusunun sosial şəbəkədəki izləyicilərinin sayı 64 milyona yaxındır.
Daha əvvəl İngiltərənin "Arsenal" klubunun 26 yaşlı futbolçunun transferi üzərində işlədiyi barədə məlumat yayılmışdı. "The Athletic"in məlumatına görə, London təmsilçisi "Real Madrid"ə 135 milyon avro və 10 milyon avroyadək bonus ödənişlərini nəzərdə tutan rəsmi təklif hazırlayıb.