Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vinisiusun mükəmməl qolu Braziliyaya Kolumbiya üzərində qələbə qazandırdı
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin 13-cü turunda Kolumbiya millisini qəbul edən Braziliya seçməsi 2:1 hesablı qələbəyə sevinib.
Oxu.Az xəbər verir ki, görüşə sürətli hücumlarla başlayan meydan sahibləri hesabı altıncı dəqiqədə açıblar. Rafinya penaltini dəqiq yerinə yetirib.
41-ci dəqiqədə Luis Dias hesaba tarazlıq gətirib.
Görüşün əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə səhnəyə çıxan Vinisius Juniyor mükəmməl zərbə ilə komandasına növbəti qələbəni qazandırıb.
Qeyd edək ki, Braziliya millisi 21 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Kolumbiya 19 xalla altıncıdır.