“Qəbələ”nin müdafiəçisi Vitali Vernidub “Profutbol” proqramına verdiyi müsahibəsində, Luqanskın “Zarya” komandasından Azərbaycan çempionatına gəlişindən danışıb, Oxu.Az xəbər verir.
“Məni “Qəbələ”nin məşqçisinin Roman İosifoviç olduğu maraqlandırdı. Mən onunla Zaparojyedə işləmişəm, yenə də işləmək istədim.
Ailəm var, yoldaşımla bunu müzakirə etdik. Başa düşürsüz axı, Ukraynadan Azərbaycana köçmək çətindir. Sonra atamla danışdım, o, bunun əksinə deyildi, məni dəstəklədi. O, mənə ata kimi baxırdı, əlbəttə yanında olmağımı istəyirdi. Belə onun üçün daha rahat idi. Həm də məşqçi kimi qalmağımı istəyirdi. Çünki biz “Zarya”da yaxşı nəticələrə nail olmuşduq.
Mənə təklif gəldi. Burada maliyyə şərtlərinin yaxşı olduğunu desəm, sirr açmış olmayacam. Tezliklə 28 yaşım olacaq, oğlum böyüyür, onun üçün nə isə qoymaq istəyirəm. Bir qədər də gözləsəm 30 yaşım olacaq, az adam üçün maraqlı olacam”, - Vernidub deyib.
Xatırladaq ki, Vernidubun hesabında Ukrayna yığmasında bir matç var.
E.Ə.
www.oxu.az