Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanı sınağa çəkəcək
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litvanı sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.
Qeyd edək ki, yanvarın yeddisinədək davam edəcək turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaq.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər