Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vüqar Əhmədovun rəhbəri olduğu federasiyanın adı dəyişdirildi
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı dəyişdirilib.
Federasiyadan Oxu.Az-a verilən xəbərə görə, hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation - ICF) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation - IRF) fəaliyyət göstərir.
Hər 2 qurumun tamhüquqlu üzvü olmaqla ölkəmizdə adları qeyd edilən idman növlərini inkişaf etdirən AMAF-ın adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq. Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.
Qeyd edək ki, AKAF-ın prezidenti “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.
"Vüqar Əhmədov" teqi üzrə xəbərlər
- MOİK klubunun rəhbəri dəyişir
- Vüqar Əhmədov: "HOST qrupunun hətta özlərində olmayan bütün arxivi belə məndə durur"
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq