Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xabi Alonsonun varisi məlum oldu
"Bayer" Xabi Alonsonun komandadan ayrılacağı təqdirdə "Kastilya"nın baş məşqçisi işə Raulu cəlb etməyə çalışacaq.
Oxu.Az xəbər verir ki, Leverkuzen təmsilçisi 42 yaşlı Alonsonun 2025-ci ilin yayında mümkün gedişinə hazırlaşır və Raul klubun namizədlər siyahısındakı adlardan biridir.
Xatırladaq ki, daha əvvəl "Real"ın gələn yay Xabi Alonso ilə müqavilə imzalamağa çalışacağı barədə məlumat yayılmışdı.
Raul karyerasını 2015-ci ildə başa vurub, o vaxtdan ispaniyalı "Real Madrid"in gənclər komandalarının baş məşqçisi vəzifəsində çalışıb, 2019-cu ilin iyulundan isə "Kastilya"ya rəhbərlik edir.
"Bayer" ötən mövsüm Almaniya çempionluğunu və Almaniya kubokunu qazanıb.
"Xabi Alonso" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşı gənc məşqçisi bəlli oldu
- Xabi Alonso XXI əsrin Bundesliqa məşqçiləri arasında rekord qırdı
- Xabi Alonso rekordun bir addımlığındadır
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı klubu adına namizədlərin siyahısını açıqlayıb
- "Real Madrid"in əsas heyətinə düşə bilməyən Arda Güler Almaniya çempionuna keçə bilər