"Qarabağ" klubunun formasını özüm ticarət mərkəzindən almışam".
Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night"ın əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.
Məşhur UFC döyüşçüsünün sözlərinə görə, istəyib ki, Bakıdan xatirə kimi nə isə qalsın, o səbəbdən "Qarabag"in formasını və Azərbaycan milli papağını almaq qərarına gəlib.
Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.
Təhməz Əsədov