Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qurbanməmmet Elyasov: "Tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq lazımdır"
"Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var, iki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov deyib.
O, sözlərinə belə davam edib:
"Ölkələrin böyük potensialını nəzərə alaraq, kiçik və orta biznes sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq, qarşılıqlı investisiya layihələrini qiymətləndirmək, bir-birimiz üçün biznes forumlar və beynəlxalq sərgilər təşkil etmək lazımdır, bu da əminəm ki, ticari-iqtisadi əməkdaşlığın intensivləşməsinə, biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə töhfə verəcək.
Türkmənistan və Azərbaycan arasında tarixən əcdadlarımızdan miras qalmış möhkəm dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu sahədə ənənəvi humanitar dialoqun daha da gücləndirilməsinin, təhsil, elm və mədəniyyət, o cümlədən səhiyyə, idman və turizm sahələrində səmərəli əlaqələrin stimullaşdırılmasının, Türkmənistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə töhfə verən birgə tədbirlərin keçirilməsi təcrübəsinin davam etdirilməsinin vacibliyini görürük. Bu kontekstdə mədəniyyət xadimlərinin çıxışlarını, mədəniyyət günlərinin keçirilməsi, müxtəlif sahələr üzrə incəsənət ustalarının fərdi çıxışları və sərgilərini və sairin vacibliyini qeyd etmək istərdim".
Məhərrəm Əliyev
"Türkmənistan" teqi üzrə xəbərlər
- Türkmənistan liderinin səfəri: Azərbaycanla əlaqələrdə yeni mərhələ
- Xəzər - Azərbaycan-Türkmənistan münasibətləri timsalında sabitliyin və sülhün mühüm amilidir
- Qurbanqulu Berdıməhəmmədov Qarabağa səfər edəcək
- Rəşid Meredov: "İnformasiya texnologiyaları sahəsində əlaqələrin genişləndirilməsi vacibdir"
- BMTM-də Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı elmi-praktik simpozium keçirilib