Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xankəndi yolundakı qəzada xəsarət alan PFL prezidenti yenidən əməliyyat olundu
Xankəndi şəhəri istiqamətindəki yolda avtomobil qəzası nəticəsində ağır xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunub.
Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini bildirib:
“Hər şey qaydasındadır. Reabilitasiya davam edəcək, bundan sonra tam bərpa dönəminə keçirlər. Düşünürəm ki, bir müddət sonra onun ayağa qalxmasına çalışacaqlar. İndi də ayağa qaldırırlar, amma çox qısa müddətə. Həkimlərin dediyinə görə, hər şey qaydasındadır və proseslər onların istədiyi yöndə davam edir”.
PFL rəhbəri Türkiyədə bir neçə dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Mövzuya aid xəbərlər
- Peşəkar Futbol Liqasının prezidentinin son durumu açıqlandı: “Ancaq oturmağa icazə verirlər”
- PFL rəsmilərinin müalicə üsulu dəyişdirilə bilər
- Peşəkar Futbol Liqasının prezidenti Türkiyədə əməliyyat olunub
- PFL-in qəzaya düşən mətbuat katibi həmkarlarının son durumunu AÇIQLADI - YENİLƏNİB + VİDEO
- Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər