Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Peşəkar Futbol Liqasının prezidenti Türkiyədə əməliyyat olunub
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə əməliyyat olunub.
Bu barədə AZƏRTAC-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini bildirib: “Elxan müəllim qolundan, ayağından və səhv etmirəmsə, çanaq sümüyündən əməliyyat olunub. Ümumi vəziyyəti normaldır. Bərpa dövrü bir müddət çəkəcək. Azərbaycana qısa zamanda qayıdacağını düşünmürəm. Ən azı 1 ay orada qalacaq”.
S.Abdullayev müalicəsini Bakıda davam etdirən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin isə daha bir neçə gün xəstəxanada qalacağını vurğulayıb: “Durumu yaxşıdır, fizioterapiya müalicəsi alır. Bayram günlərində xəstəxanada olacaq”.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan digər əməkdaşları - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev bir müddət öncə evə buraxılıblar.
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər