Xantı-Mansiyskdə 20 yaşa qədər gənc oğln v qızlar arasıdna şahmat üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, çempionatda bizim şahmatçılar da iştirak edəcək.
60 gəncin və Rusiyalı çempion Aleksandra Qoryaçkinanın iştirak etdiyi açıq turnirdə bizim qrossmeysterlər Ülvi Bacarani, Nicat Abbasov və beynəlxalq usta Misrəddin İskəndərov çıxış edir.
Birinci tur çox gərgin keçib. Misrəddin turnirin favoriti polyak Kşiştaf Dudaya (2645) məğlub olub.
Ülvi 80-dən çox gediş edib, amma gürcü şahmatçısı İrkali Beradzenin müqavimətini qıra bilməyib, oyun heç-heçə başa çatıb, Nicat isə ingilis şahmatçısı Ezr Krikə qalib gəlib.
Qızların turnirində iki qələbəmiz və iki məğlubiyyətimiz var. Günay Məmmədzadə rumıniyalı İonna Qelibə, Səbinə İbrahimova isə belçikalı Astrda Berbierə qalib gələrək aktivlərinə xal artırıblar. Aytən Əmrəyevə qazaxJansay Abdulmalika, Ülviyyə Fətəliyeva isə elə də güclü olmayan Ermənistanlı rəqibinə məğlub olub.
Turnir 13 turdan ibarətdir.