Hazırda “Əl-Sadd” komandasını çalışdıran Xavi “Barselona” rəhbərliyinə komandanın sükanı arxasına keçmək üçün razılıq verib.
Mütəxəssisin artıq milli komandaların oyunları üçün yaranacaq fasilədən sonra “Barsa”nı çalışdırması ehtimal olunur.
Bu müddət ərzində tərəflər bir neçə məsələni həll edəcəklər. İlk növbədə Xavi “Əl-Sadd”la müqaviləsini ləğv etməlidir. Daha sonra ispan mütəxəssisin çalışacağı məşqçilər korpusu qərarlaşdırılacaq.
Mənbə: Mundo Deportivo